Florian Senqstşmid: "Bu il Körfəzdən Azərbaycana turist axını pandemiyadan əvvəlki səviyyəyə çatacaq"

2020-2021-ci illərdə turizm sektorunda görünməmiş enişdən sonra, Körfəz Əməkdaşlıq Şurası (GCC) regionundan Azərbaycana gələnlərin sayı, bu ilin sonuna kimi pandemiyadan əvvəlki səviyyəsinə çatacaq qədər yüksək sürətlə artmaqdadır.

Gazette.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Senqstşmid deyib.

O bildirib ki, 2019-cu ildə dünyanın müxtəlif ölkələrindən Azərbaycana 3,2 milyon turist gəlib, 2021-ci ildə isə bu rəqəm 1,1 milyona düşüb: “Bununla belə, pandemiyadan sonra GCC əsas bazarlarımız arasında ən sürətli bərpa olunan bölgədir. Məsələn, bu ilin I rübündə Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 2019-cu ildə gələnlərin ümumi sayını artıq ötüb”.

F. Senqstşmidin sözlərinə görə, ötən il Azərbaycan GCC-dən 32 mindən çox, təkcə bu ilin I rübündə isə 22 mindən çox səyahətçi qəbul edib: "Səudiyyə Ərəbistanından gələn turistlərin sayı pandemiyadan əvvəlki rəqəmlərlə müqayisədə 20 % artıb. Ümumilikdə, GCC ölkələri Rusiya və Türkiyədən sonra bizim üçün ən böyük bazardır və buna görə də çox əhəmiyyətlidir. GCC regionu daxilində isə ən böyük partnyorlarımız Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytdir".

O, Azərbaycanın bir sıra səyahət məhdudiyyətlərini yumşaltması ilə post-pandemiya dövründə turist axınının əhəmiyyətli dərəcədə artacağını gözlədiyini bildirib.Məsələn, səyahət edənlərin Azərbaycana gəlməzdən əvvəl PCR testindən keçməsinə ehtiyac yoxdur.

"Biz ATB olaraq xüsusi ilə qarşıdan gələn yay mövsümü üçün destinasiyalar və Azərbaycanın yeni təcrübələri haqqında məlumatlılığı artırmaq üçün GCC regionundakı bütün əsas aviaşirkətlər və turoperatorları ilə işləyirik.

Region üzrə biz marketinq fəaliyyətimizi genişləndiririk. Ər-Riyad Səyahət Sərgisində iştirak üçün Səudiyyə Ərəbistanına gedəcəyik, daha sonra isə Qətər, Dohada olacağıq.

Qətərdə baş tutacaq FIFA Dünya Kuboku ilə, biz ölkəyə gələn beynəlxalq qonaqlarla yanaşı Qətər vətəndaşları və sakinləri ilə daha çox əlaqə qurmağı səbirsizliklə gözləyirik",- F. Senqstşmid bildirib.

O əlavə edib ki, Azərbaycan Turizm Bürosu regiondakı tərəfdaşları ilə fəal işləyir, eləcə də onun müştəriləri və partnyorları ilə davamlı şəkildə əlaqə saxlamaq üçün GCC regionu üzrə ixtisaslaşmış mütəxəssis komandası var.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR