İqtisadçı: “Rusiyalılar yaya qədər sanksiyaların təsirini tam hiss edəcəklər”

“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin iqtisadi vəziyyətinə çox güclü təsir edib, lakin onların tam təsiri bu ilin yayında olacaq”.

Bunu Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Rusiyanın iqtisadi və sosial coğrafiyası kafedrasının professoru Nataliya Zubareviç deyib.

İqtisadçı Rusiya iqtisadiyyatında artıq mövcud olan dəyişikliklərdən danışıb: “Tətbiq olunan sanksiyalar fonunda problemlər hələ yeni başlayır. Xaricdən gətirilən komplektləşdirici məhsullarla işləyən bütün müəssisələr zərər çəkəcək. Hamının ehtiyatı var idi və o, aprel-may aylarında tükənəcək. Bundan sonra nə ilə işləyəcəklər? Bax, bu, aydın deyil. Məhdudlaşdırıcı tədbirlər maşınqayırma sektoruna da təsir edəcək. Lakin indiyə qədər bu cür problemlər çox az şəkildə üzə çıxıb, çünki hamının ehtiyatı var idi. Şirkətlərin Rusiya bazarından getməsi ilə əlaqədar avtomobil sənayesi də dəyişikliklərə məruz qalıb”.

N.Zubareviç qeyd edib ki, Rusiya vətəndaşları, çox güman, yaya qədər işsizlik səviyyəsində də artım hiss edəcəklər: “Hələlik işsizliklə bağlı nəsə demək mümkün deyil, çünki insanları işdən çıxarmırlar, məzuniyyətə göndərirlər və maaşlarının bir hissəsini verirlər. Yaya qədər onun da səviyyəsi artacaq, çünki Rusiyada əmək məcəlləsinə əsasən, insanları məşğul kimi saxlamaq və azı üç ay onlara maaşın tarif hissəsini ödəmək olar”.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR