İsraildən Türkiyəyə qaz kəmərinin çəkilməsi nəzərdə tutulur

İsrailə məxsus “Leviathan” dəniz qaz yatağından Türkiyəyə boru kəməri tikintisi ilə bağlı iki ölkə arasında danışıqlar aparılır.

Gazette Az “Reuters”ə istinadən xəbər verir ki, gələcək boru kəmərinin xətti və layihə iştirakçıları barədə son qərar qarşıdakı aylarda veriləcək.

“Türkiyə - İsrail qaz kəməri Rusiyadan Avropaya enerji daşıyıcıları tədarükünə alternativlərdən biri kimi müzakirə olunur”, - iki ölkənin rəsmi və özəl sektor nümayəndələri bildiriblər.

Qeyd edək ki, İsraillə yanaşı, İordaniya və Misiri də təchiz edən “Leviathan” qaz yatağını istismar edən “Chevron”, “NewMed Energy” və “Ratio Oil” şirkətləri illik hasilatı 12 milyarddan 21 milyard kubmetrədək artırmaq niyyətindədir. İsrail rəsmilərinə görə, 500-550 km uzunluğunda boru kəmərinin tikintisi 1,5 milyard dollara başa gələcək. Halbuki daha əvvəl “EastMed” şirkətinin təklif etdiyi İsrail - Kipr - Yunanıstan - İtaliya boru kəməri layihəsinin dəyəri 6 milyard dollardır.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR