BAKU Azərbaycan
18.03 °C

Şanxaya beynəlxalq uçuşlar dayandırılacaq

Şanxay şəhərinin hava limanlarına həyata keçirilən beynəlxalq uçuşlar martın 17-dən üç həftə müddətinə dayandırılır.

Gazette Az CARNOC-a istinadən xəbər verir ki, belə bir addım meqapolisdə koronavirusa yoluxmaların kəskin artması ilə bağlıdır.

Çin Mülki Aviasiya Administrasiyası (CAAC) hələlik bu məlumatı rəsmən təsdiqləməyib.

Qeyd edək ki, son həftələr Şanxayın ayrı-ayrı ərazilərində lokdaun tətbiq olunub, sakinlər testdən keçirilir, kütləvi yerlərdə epidemioloji nəzarət tədbirləri artırılıb. Yoluxma hallarının əksəriyyəti kənardan gələnlərin payına düşür. Belə ki, yanvar – fevral aylarında xaricdən gələnlər arasında koronavirusa 1200-dən çox yoluxan şəxs aşkarlanıb.