BAKU Azərbaycan
18.03 °C

JCB Rusiyada əməliyyatlarını dayandırır

Yaponiyanın ödəniş sistemi JCB (Japan Credit Bureau) Rusiyadakı əməliyyatlarını dayandırmaq qərarı verib.

Gazette Az “TASS”-a istinadən xəbər verir ki, ödəniş sisteminin Rusiyada buraxdığı kartlar xaricdə, başqa ölkələrdə buraxılanlar isə Rusiya ərazisində dəstəklənməyəcək. Bu tədbirlər 14 martda qüvvəyə minəcək.

Rusiyaya qarşı sanksiyalar fonunda beynəlxalq ödəniş sistemləri “MasterCard” və “Visa” bu ölkədəki fəaliyyətlərini dayandırıb.

 

 

report