BAKU Azərbaycan
15.03 °C

Çinin ABŞ-la ticarət dövriyyəsi 12 % artıb

Bu ilin yanvar-fevral aylarında Çinin ABŞ-la ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövü ilə müqayisədə 12,3% artaraq 123,31 milyard ABŞ dollarına çatıb.

Gazette Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsindən bildirilib.

Məlumata görə, son 1 ildə Çindən ABŞ-a ixracın dəyəri 13,8% artaraq 91,54 milyard dollar, ABŞ-dan Çinə ixracın dəyəri isə 8,3% artaraq 31,77 milyard dollar olub. Son nəticədə Çinin xeyrinə 59,77 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 16,5% çoxdur.

Xatırladaq ki, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Çinin ABŞ-la ticarət dövriyyəsinin dəyəri cəmi 8,3% artaraq 586,72 milyard dollara çatsa də, 2021-ci ildə isə bu rəqəm 28,8% artaraq, 755,64 milyard dollar olub.