
Reklam
04 Mart 2022, 15:23
577
Qızıl geosiyasi vəziyyət fonunda bahalaşır
Geosiyasi risklər səbəbindən investorların etibarlı aktivlərə tələbi qızılın bahalaşmasına səbəb olub.
Gazette Az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,29%, yaxud 5,6 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 941,5 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,42% artaraq, 1 unsiyası 25,317 ABŞ dolları təşkil edib.
Rusiya və Ukrayna arasında gərginliyin artması investorların, qızılın da daxil olduğu etibarlı aktivlərə tələbini dəstəkləyir.
Münaqişə ilə bağlı qeyri-müəyyənlik investorların inamına böyük zərbə endirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





