“Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya növbəti yük qatarı göndərilib

“Aqroekspress” layihəsi çərçivəsində 1 000 tonadək meyvə və tərəvəz məhsulları 20 vaqondan ibarət sürətli qatar vasitəsilə Astara stansiyasından Rusiyanın Dərbənd stansiyasına yola salınıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, bununla bağlı keçirilən tədbirdə nazirliyin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində imkanlarının artırılmasına yönəlmiş növbəti addımdır.

Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.

"Aqroekspress” layihəsi “Aliance Logistics” MMC şirkəti və “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “RJD Logistika” SC tərəfindən Azərbaycan-Rusiya Biznes Şurasının, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin, “Roseksimbank”ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya Dəmir Yolları”nın dəstəyi ilə həyata keçirilir. “Aqroekspress” “RJD Logistika” və “Rusiya İxrac Mərkəzi” SC-lərin təqdim etdiyi, iki ölkə arasında sürətli qatarların köməyi ilə yüklərin çatdırılmasına yönəlmiş xüsusi xidmətdir. Bu layihə effektiv şəkildə qurulmuş ixrac-idxal loqistikası sayəsində yüklərin çatdırılma müddətinin qısaldılmasına və nəqliyyat xərclərinin azaldılmasına imkan yaratmaqla yanaşı, sahibkarlığın inkişafına dəstəkdir", - deyə məlumatda qeyd olunub.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR