Rumıniya Cənub Qaz Dəhlizinin genişlənməsinə töhfə verəcək

Energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunu qəbul edib.

Moldovanın Baş nazirinin müavini Andrei Spinu ölkəsinin təbii qazla təminatı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.

Nazir Pərviz Şahbazov isə yeni mənbədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın tədarükündə Məşvərət Şurasının töhfələrini qeyd edərək, Moldovanın ilk dəfə olaraq budəfəki iclasda iştirakını alqışlayıb. Bu layihənin növbəti mərhələsi üzrə fəaliyyətə başlamaq üçün zəruri addımları diqqətə çatdırıb: “Gələcəyə baxdıqda ixracın artırılması üçün potensial var. Bu imkanların reallaşdırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi isə istehlakçıların müəyyənləşdirilməsini, müqavilələrin imzalanmasını, investisiyaların yatırılmasını, interkonnektorların qurulmasını və lazımi dəstəyi əhatə edən prosesdir. Biz maraqlı tərəflərlə bu istiqamətdə dialoqa başlamağa hazırıq.”

Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşdə də təbii qaz təchizatının diversifikasiyası və bu xüsusda Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Virgil-Daniel Popesku Rumıniyanın iştirakı ilə həyata keçirilən interkonnektorların Cənub Qaz Dəhlizinin genişlənməsinə töhfə verəcəyini bildirib. O, Rumıniyanın Azərbaycanla təbii qaz üzrə uzunmüddətli əməkdaşlığa marağını ifadə edib.

P. Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Müzakirələrdə təbii qazın dayanıqlı enerji növü kimi gələcəkdə enerji balansında öz mövqeyini qoruyacağı, Cənub Qaz Dəhlizinin ikinci fazası üzrə Macarıstanla əməkdaşlıq, gələcək fəaliyyət strategiyasından irəli gələn məsələlər müzakirə edilib.

SON XƏBƏRLƏR

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

BÜTÜN XƏBƏRLƏR