“Hansı çətinliklirlə boğuşduğumuzu bilsəniz, bizə medal taxarsınız”

"Ölkədə kino-serial sektorundaki çatışmazlığı hamımız bilirik, görürük. Bu sahənin inkişafı üçün tənqid çox önəmlidir, bir daha təkrar edirəm tənqid, təhqir yox! Hə, bir də maliyyə. Siz bizim hansı şəraitdə serialı çəkdiyimizi, hansı çətinliklərlə boğuşduğumuzu bilsəz, bizə çoxdan medal taxmışdız".

Gazetteaz olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Ləman Mərrih paylaşıb. O, kino sferasını tənqid edən tamaşaçılara cavab verib.

"Deyəcəksiniz ki, nə məcburdur ki, çəkməyin amma biz çəkməsək, hamı geri addım atsa, hamı çətinliyi görüb dabanına tüpürüb qaçsa, necə inkişaf edəcəyik? Bizi (həm aktyorları, həm texniki tərəfləri ) türklərlə müqayisə edirsiniz, əla, bəs onlarda olan şəraitdən, bir seriya üçün ayrılan puldan xəbəriniz varmı? Bəlkə də bizim bir illik serial büdcəmizlə onlar 1 seriya çəkirlər. Yaxşı, tək günah bizdədirmi? Deməzdim! Mən bizim boşluqları görürəm, qəbul edirəm, sizə haqq qazandırıram, onları aradan qaldırmaq üçün öz üzərimə düşən hərşeyi edirəm və edəcəyəm. Bəs siz? Serialla filmi ayıra bilirsizmi? Ümumiyyətlə serial və film arasındaki fərqdən xəbəriniz varmı? Bizim kanallara baxmadığınızı dəfələrlə fəxrlə orda-burda deyirsiniz, başa düşürəm, haqqınız var. Bəs siz hazırsızmı yaxşı serial izləməyə? Siz bir film yutuba düşmədən ona 5-6 manat verib kinoteatrda baxmağa hazırsızmı? İnkişaf qarşılıqlı olur, əzizlərim, siz bizə, biz də sizə baxıb inkişaf etməliyik, başqa yolu yoxdur. Heç nə 5 il əvvəlki kimi deyil, 5 il sonra da indiki kimi olmayacaq. Ləng gedirik, amma əsas odu irəliləyə bilirik! Sevgilər, sayğılar!".

Qeyd edək ki, Ləman Mərrih "Ata ocağı" serialında oynayır. "Zəhər tuluğu" filmində isə baş rolu canlandırıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR