
Reklam
27 Yanvar 2022, 12:08
665
Nazir: "Almaniya 55 faiz Rusiya qazından asılıdır”
Rusiyadan Almaniyaya qazın əsas həcmi Ukrayna və Polşa ərazisindən deyil, "Şimal axını 1" boru kəməri ilə daxil olur.
Gazetteaz APA-ya istinadən bildirir ki, bunu mətbuat konfransında Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek deyib.
O bildirib ki, təchizatla bağlı bütün müqavilələr istifadədir: "Almaniya Rusiya qazından təxminən 55% asılıdır".
Almaniyalı nazir bildirib ki, Rusiya qazının tədarükü ilə bağlı bütün razılaşmalara əməl olunur, lakin bu tədarüklər artıq nə Ukraynadan boru kəməri ilə, nə də Yamal-Avropa vasitəsilə Polşa ərazisindən keçir. Bunun böyük hissəsi "Şimal axını 1" vasitəsilə həyata keçirilir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





