BAKU Azərbaycan
24.03 °C

Zakir Nuriyev: "Çalışırıq, insanlar banklarla mübahisələri ombudsman vasitəsilə həll etsin"

"Banklar vasitəsilə geniş təbliğat aparmağa çalışırıq ki, insanlar banklarla mövcud olan mübahisələri məhkəmədən kənar, məhkəməyə qədər məhz ombudsman vasitəsilə həll etsinlər" - bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, ölkədə Medasiya Şurası yaradılıb ki, bu da mübahisələrin məhkəməyə qədər həll olunmasına xidmət edən institutdur: "Bu işdə müəyyən uğurlar var. Hazırda banklar vasitəsilə geniş təbliğat aparmağa çalışırıq ki, insanlar mübahisələrini məhkəməyə qədər məhz ombudsman vasitəsilə həll etsinlər".