Nazir müavini: "Azərbaycan və Türkiyə arasında ticarətin həcmini 15 mlrd. dollara çatdırmaq lazımdır"

"Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 mlrd. ABŞ dollarına çatdırmaq lazımdır" - bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) çıxış edən Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsinin 15 mlrd. dollarına çatdırılması üçün böyük infrastruktur işləri görülüb və işlər davam etdirilir.

N. Nebati onu da qeyd edib ki, Azərbaycanın ən çox investisiyaları Türkiyəyə yatırır. Bundan əlavə, nazir müavini qeyd edib ki, Türkiyə şirkətləri artıq Qarabağda fəaliyyət göstərir və bu da Azərbaycanla əməkdaşlığa öz töhfəsini verəcək.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR