Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək atıcılar açıqlanıb

Mayın 27-də Bakı Atıcılıq Mərkəzində start götürəcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək stend atıcılarının adları müəyyənləşib.

Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, iyunun 7-dək davam edəcək nüfuzlu yarışa qatılacaq atıcıların adlarına Azərbaycan Kubokunda aydınlıq gəlib.

Ölkədaxili yarışda atıcı kişilər stend atıcılığının səngər və dairəvi, qadınlar və qarışıq komanda kateqoriyalarında yarışıb.

15 atıcı müxtəlif kateqoriyalarda fərqlənərək, diplom və təltiflərlərlə mükafatlandırılıb.

Kişilərin yarışında səngər stendində Əlimirzə Quliyev birinci, Əli Hüseynli ikinci, Mirmömin Ağazadə üçün olub. Qadınlarda Aydan Camalova, Alina Rəfixanov və Ülviyyə Eyvazova müvafiq yerləri tutublar.

Dairəvi stenddə kişilərdə Niyaz Ağazadə, Fuad Qurbanov və Cavid Həsənov, qadınlarda Nurlana Cəfərova, Riqina Meftaxetdinova və Sevda Nəcəfova fəxri kürsüyə qalxıb.

Qarışıq komanda yarışının səngər stendi növündə Əlimirzə Quliyev və Əmrahova cütlüyü, dairəvi stenddə isə Nurlana Cəfərova və Fuad Qurbanovdan ibarət cütlük qalib adını qazanıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova yarışın atıcılıq idmanında yeni nəslin yetişməsi barədə yüksək ümidlər verdiyini açıqlayıb: "Atıcılığın özünəməxsus xüsusiyyətlərindən biri də bu yarışla məşğul olmaq üçün uşaq vaxtlarından başlamağın lazım olmamasıdır. Belə üstünlük bizə imkan verir ki, yeniyetmələrimiz arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb, ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq”.

Federasiyanın baş katibi Emin Cəfərov atıcılığın təkcə idman növü olmadığını söyləyib: "Bu, həm də diqqət, səbr və məqsədə gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin möhkəmlənməsini arzulayırıq”.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR