BAKU Azərbaycan
18.03 °C

Tomas Bax Rusiya idmançılarına qarşı sanksiyaların səbəbini açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Rusiya və Belarus idmançılarına qarşı sanksiyaların səbəbini açıqlayıb.

Almaniyalı funksioner "Inside the Games" nəşrinə açıqlamasında bildirib ki, Ukraynadakı müharibə Olimpiya barışığının kobud şəkildə pozulmasıdır.

O deyib ki, qurum məhz buna görə qabaqlayıcı tədbirlər görməli olub: "Bir çox Milli Olimpiya Komitələri bu vəziyyətin unikallığının nə olduğunu, Əfqanıstan, Suriya, Yəmən, Mali, Efiopiya və digər ölkələrdə müharibələr aparılarkən eyni tədbirlərin görülməməsi ilə maraqlanır. Dünyada çox böhran olub. Sadəcə, sadalanan müharibələrə dünyanın reaksiyası indiki kimi deyildi".

Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.