BAKU Azərbaycan
17.03 °C

İngiltərəli futbolçu qulaq çöpündən düzgün istifadə etmədiyi üçün zədələnib

İngiltərənin II Liqasında çıxış edən "Hartlpul Yunayted" klubunun futbolçusu Mark Şelton kuryoz hadisə nəticəsində zədələnib.

Bu barədə komandanın baş məşqçisi Qrem Li açıqlama verib.

O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi qulaqlarını təmizləyərkən xəsarət alıb: "Şelton hazırda xəstəxanadır. Qulaq çöpü dərinə getdiyindən ayağaı qalxa bilmir, başı gicəllənir".

Futbolçu bu səbəbdən "Skantorp Yunayted"ə qarşı 45-ci tur matçında meydana çıxa bilməyəcək.