
Reklam
21 Aprel 2022, 20:22
573
Mahir Emrelinin baş məşqçisi istefa verib
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.
45 yaşlı mütəxəssis bu barədə Zaqreb təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.
Kopiç rəhbərliyə, oyunçulara və klubun bütün işçilərinə təşəkkür edib.
Qeyd edək ki. Jelko Kopiç 2021-ci ilin dekabrından komandanın baş məşqçisidir. Son ölkə çempionu ötən gün IX turdan təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. Baş məşqçi matçdan sonra mətbuat konfransına qatılmayıb.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





