
Reklam
16 Aprel 2022, 13:11
514
İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilməyib
İtaliya A Seriyasının XXXIII turunda keçirilmiş "Spetsiya" - "İnter" oyununda maraqlı hadisə baş verib.
Qarşılaşmanın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə meydana Mbala N Zola daxil olub.
Bir dəqiqə sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. N Zola bu səbəbdən bir neçə dəqiqə kənarda qalıb, klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb.
Baş məşqçi Tiaqo Motta 26 yaşlı hücumçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.
Qeyd edək ki, qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə bitib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





