
Reklam
15 Aprel 2022, 16:15
552
"Dinamo" Rumıniya klubu ilə xeyriyyə matçından imtina edib
Ukraynanın "Dinamo" (Kiyev) komandası Rumıniya "Styaua"sı ilə xeyriyyə matçından imtina edib.
Gazette az Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna Buxarest klubunun prezidenti Cici Bekalinin "Azov" alayını nasist adlandırması səbəb olub.
Funksionerin fikirlərinin qəbuledilməz olduğunu açıqlayan "Dinamo" oyunun keçirilməsini məqsədəuyğun saymayıb.
Qeyd edək ki, oyuna bilet satışından əldə olunacaq gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunmalı idi.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





