
Reklam
11 Aprel 2022, 21:23
610
Voleybol çempionatlarında növbəti turun proqramı açıqlanıb
Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçiriləcək.
“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.
Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





