Azərbaycan Gimnastika Federasiyasının yubiley nişanı nümayiş etdirilib

Oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 ili tamam olur.

Bu məqsədlə ölkəmizdə idman gimnastikası üzrə keçiriən Dünya kuboku zamanı yarış iştirakçılarına və tamaşaçılara yubiley nişanı və Azərbaycan gimnastikasının nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, AGF-nin korporativ üslubuna uyğun hazırlanan yubiley nişanında bədii gimnastika aləti olan lentin “sıfır” rəqəmi işarəsi formasında olması ideyasından istifadə edilib. Burada qeyd olunan “20 il inkişafda” yazıları qurumun 20 il ərzindəki uğur hekayəsini əks etdirir.

Videoçarx Birinci vitse-prezident Mehriban Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi 20 ilik müddət ərzində gimnastika sahəsində əldə olunan uğurlu inkişafdan və qazanılan yüksək nailiyyətlərdən bəhs edir.

Məhz onun rəhbərliyi altında həyata keçirilən uğurlu və səmərəli fəaliyyət nəticəsində Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsi başlayıb, beynəlxalq əlaqələr qurulub, yüksək nailiyyətlər qazanılıb, federasiya bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR