BAKU Azərbaycan
14.03 °C

Ukraynalı tanınmış boksçu məşq zalında güllələnib

Ukraynalı veteran boksçu Aleksey Cunkovski İrpen şəhərindəki hərbi əməliyyatlar zamanı həlak olub.

Tanınmış idmançını məşq zalında rus ordusunun əsgərləri güllələyiblər.

Hadisə şəhər işğaldan tam azad edilməmişdən əvvəl baş verib.

Qeyd edək ki, Aleksey Cunkovski hərbi qulluqçular arasında dünya çempionatının dördqat mükafatçısıdır. O, son illərdə məşqçi kimi də uğurla fəaliyyət göstərib.