BAKU Azərbaycan
19.03 °C

Avropa çempionatı: Azərbaycan güləşçisi inamlı qələbə ilə finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

57 kq çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.

1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.