
Reklam
26 Mart 2022, 14:16
558
Malta yığmasının baş məşqçisi Azərbaycanla oyunun hesabından razı qalmayıb
"Çox yaxşı oynadıq və praktik olaraq, bütün görüşü nəzarətdə saxladıq".
Bunu Malta yığmasının baş məşqçisi David Manca evdə Azərbaycan milli komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis hesabı artırmaq imkanlarından yararlana bilmədiklərini söyləyib: "Bəlkə hesabla bağlı nə isə demək olar (gülür). Oyun ərzində fərqi artırmaq üçün fürsətlərimiz oldu. Növbəti oyunlarda belə imkanlardan yararlanmağa çalışacağıq. Amma komandamın performansından çox məmnunam və bu, bizim üçün ən vacib məsələdir".
Qeyd edək ki, Azərbaycanla oyunda yeganə qolu 55-ci dəqiqədə Yurgen Deqabriele vurub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





