
Reklam
16 Mart 2022, 16:54
546
"Kayrat" klubunun sahibi saxlanılıb
Qazaxıstanın "Kayrat" futbol klubunun sahibi Kayrat Boranbayev saxlanılıb.
Gazette Az "KazTAG" nəşrinə istinadən xəbər verir ki, Maliyyə Monitorinqi Agentliyi 56 yaşlı funksioneri Almatıda tutub.
Boranbayev müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Yaxın günlərdə onun iştirakı ilə istintaq tədbirlərinin keçiriləcəyi bildirilib.
O, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın keçmiş qudasıdır.
Qeyd edək ki, Kayrat Boranbayev "Kayrat" klubunun sahibidir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





