
Reklam
14 Mart 2022, 19:05
510
"Çelsi" sanksiyalara görə ispaniyalı futbolçunu komandada saxlayır
İngiltərənin "Çelsi" klubu futbolçusu Sezar Aspilikueta ilə müqavilənin müddətini uzadacaq.
Gazette Az "Marca"ya istinadən xəbər verir ki, London təmsilçisi 33 yaşlı ispan müdafiəçinin sözləşməsindəki bənddən istifadə edəcək.
Böyük Britaniya hökumətinin klubun sahibi Roman Abramoviçə tətbiq etdiyi sanksiyalara görə, "zadəganlar"a yeni oyunçu almaq qadağan olunub. Klub bu səbəbdən əlindəki futbolçuları saxlamaq üçün çalışır.
Qeyd edək ki, Sezar Aspilikueta 2012-ci ildən "Çelsi"nin formasını geyinir. Onun mövsümün sonunda İspaniya "Barselona"sına keçəcəyi ehtimal olunurdu.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





