
Reklam
22 Fevral 2022, 11:05
573
“Marsel”in futbolçusu iddialı danışdı: “Bakıda “Qarabağı...“
"Qol vurmaq üçün imkanlarımız var idi. Amma həqiqəti söyləməliyik, yaxşı oyun keçirmədik".
Gazetteaz yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri "Marsel"in yarımmüdafiəçisi Matteo Qenduzi Fransa Liqa1-nin XXV turunda "Klermon"a 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Ulduz futbolçu artıq Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a Bakıda qarşı keçirəcəkləri cavab görüşünə hazırlaşmalı olduqlarını söyləyib:
"Klermon"un bura oynamaq üçün gəldiyini gördük. Çox şansları yox idi, amma qapı qarşısında təsirli idilər. Bu məğlubiyyətə baxmayaraq, işimizə köklənməliyik. İlk olaraq "Qarabağ"ı üstələyib mərhələ adlamalı, ardından "Trua" səfərinə hazırlaşmalıyıq".
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





