Nikola Yurçevik: "Marsel" "Qarabağ"la oyunda favoritdir"

"Marsel" aşkar favoritdir, amma "Qarabağ" yaxşı komandadır".

Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ilk oyunu barədə "Laprovence" nəşrinə açıqlamasında deyib.

56 yaşlı mütəxəssis Azərbaycanda insanların futboldan zövq aldıqlarını söyləyib: "Amma bunu İngiltərə və Fransadakı insanların bəyənmə tərzi ilə müqayisə etmək olmaz. Onlar güləş kimi döyüş növlərinə üstünlük verirlər. Futbolda böyük ənənələri yoxdur. Çünki yığmanın nəticələri yaxşı deyil".

Yurçeviçin fikrincə, "Qarabağ" ölkənin ən yaxşı komandasıdır: "Burada ölkənin ən yaxşı futbolçuları, həmçinin ən yaxşı legionerləri çıxış edir".

Xorvatiyalı mütəxəssis Azərbaycan yığmasında çıxış edən həmyerlisi Filip Ozobiçi "köhlən atlar"ın ən yaxşı futbolçusu hesab edib: "O, əsl yaradıcı 10 nömrədir. Ozobiç baş məşqçi Qurban Qurbanovun tətbiq etdiyi texniki oyun üslubunda önəmli rol oynayır. Azərbaycan Premyer Liqasının oyunlarında orta hesabla 1000 azarkeş olur. Amma "Marsel"lə matçda stadion dolacaq. Onlar Fransa klubunu böyük komanda kimi tanıyırlar və rəqibin favorit olduğunu bilirlər. Ancaq bəzən bu komanda yaxşı rəqiblərə qarşı uğurlu nəticələr əldə edir".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR