Milyonçu “Bomj” oldu: Hokkeyçinin heyrətamiz hekayəsi

Kanadanın Kenora şəhərində cəmi 15 min nəfər yaşayır. Onlardan birinin adı Co Merfidir.

Gazetteaz lent.az-a istinadən xəbər verir ki, şəhərdə o, sığınacaqlarda, zibilliklərdə və ya sadəcə Ontarion əyalətinin müxtəlif şəhərlərinin küçələrində dolaşan bir avara kimi tanınır.

Merfi Milli Hokkey Liqasında çıxış edib, 1990-cı ildə Stenli Kubokunun mükafatçısı olub, karyerası boyunca 15 milyon dollar qazanıb. 

İndisə, sabit yaşayış yeri olmayan avara həyatı sürür. 

Bəli, bəli, real həyatda belə də olur!

Merfi Milli Hokkey Liqasında yeddi fərqli komandada cəmi 779 oyun keçirib.

"Pulum çoxdan qurtarıb. Heç nəyim qalmayıb. Bir qəpiyim belə yoxdur.  Bundan sonra nə edəcəyimi bilmirəm. Hazırda heç bir işim yoxdur. Bir dəfə bir nəfərlə yollarım kəsişmişdi. Dedi: "Sadəcə pul istə". Düzdür, mən bunu heç vaxt etməmişəm. Həmin adam bir daha dedi ki, sadəcə, pul istəsə vəssalam. Bu, mənim dilənməyim olacaqdı. Bəli, mən indi bununla məşğulam. Mən dilənçi olmuşam", - 50 yaşlı Merfi jurnalistlərdən biri ilə söhbətində deyib.

Hokkey oynadığı illərdə aldığı zədələrini və sarsıntıları indiki çətinliklərinin səbəblərindən biri hesab edir.

Hokkeyçi kimi qazandığı 15 milyon dollar tüstü kimi uçub gedib - narkotiklərə, kazinolara, şübhəli səhm sövdələşmələrinə.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR