
Reklam
14 Fevral 2022, 22:36
558
"Marsel"in futbolçusu: "Qarabağ"la oyunda da xarakter göstərəcəyik"
"Bu matçda xarakter göstərdik, ümid edirəm ki, növbəti matçlarda da davamı gələcək".
Bunu Franssanın "Marsel" klubunun futbolçusu Sedrik Bakambu "Mets"i səfərdə 2:1 hesabı ilə məğlub etdikləri Liqa 1-in XXIV tur qarşılaşmasından sonra deyib.
31 yaşlı hücumçu görüşün çətin keçdiyini söyləyib: "Vacib olan 3 xalı qazandıq. Komandanın reaksiyasından məmnunam".
Matçda "Marsel"in ilk qolunu 26-cı dəqiqədə Sedrik Bakambu vurub.
Qeyd edək ki, "Marsel" növbəti oyununu fevralın 17-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab matçı isə fevralın 24-də Bakıda olacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





