
Reklam
07 Fevral 2022, 16:05
537
"Barselona"nın futbolçusu tarixə düşüb
İspaniyanın "Barselona" klubunun futbolçusu Daniel Alveş XXI əsrdə 1000-ci matçına çıxıb.
Gazetteaz Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı cinah müdafiəçisi buna "Atletiko" (Madrid) komandasını 4:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXIII tur oyununda nail olub.
Braziliyalı oyunçu hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldudan geri qalır.
Madrid klubu ilə görüşdə Kataloniya təmsilçisinin 4-cü qoluna imza atan təcrübəli futbolçu həm də "Barselona" tarixinin ən yaşlı qolçusu olub. Alveş 1963/1964 mövsümündə 37 yaşında fərqlənmiş Joan Seqarranın rekordunu qırıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





