BAKU Azərbaycan
23.03 °C

Kəmaləddin Heydərov yenidən Taekvondo Federasiyasının prezidenti seçilib

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.

GAZETTE xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra ATF-in İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 5 ildə də ATF-ə başçılıq edəcək.