BAKU Azərbaycan
32.03 °C

Bu gün gənclər arasında boks üzrə ilk dünya çempionu olan Fərhad Acalovun film təqdimatı olunub - FOTO

Bu gün gənclər arasında boks üzrə ilk dünya çempionu olan Fərhad Acalovun film təqdimatı olundu. Film Fərhad Acalovun uşaqlıqdan idmana necə başlaması, əldə etdiyi uğurlar, qazandığı mükafatlar, bu yolda qarşısına çıxan əngəllərdən bəhs edir. Filmdə bu əngəllərə baxmayaraq Fərhad Acalovun bu günə qədər idman sahəsində yeni işlər gördüyü, hər bir gəncə və idmançıya dəstək olması nümayiş olundu.

GAZETTE xəbər verir ki, filmin təqdimatında Bakı şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, Baş idarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Azərbaycan Peşəkar Boks Federasiyasının Baş Katibi Orxan Muxtarov, Azərbaycan Respublikasının əməkdar məşqçisi Rəhim Allahverdiyev və bir sıra media nümayəndələri iştirak edib. Film çox böyük maraqla izlənib və sonda xatirə şəkillərinin çəkilməsi ilə tədbir yekunlaşıb.

 

Qeyd edək ki filmin ideya müəllifi və təşkilatçısı Motivator Azərbaycan komandasıdır.  Fərhad Acalov filmin təqdimatından sonra bu sözləri bildirib : Filmin ərsəyə gəlməsində "Motivator Azerbaijan" layihəsinə və onun təsisçisi Rüfət Həsənova öz dərin təşəkkürümü bildirirəm