BAKU Azərbaycan
14.03 °C

Azərbaycan Pauerliftinq Federasiyasının yaranmasının 25 illiyinə həsr olunan tədbir keçirildi - FOTO

26 dekabr tarixində Azərbaycan Pauerliftinq Federasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş, həmçinin ilin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl Pauerliftinq Federasiyasının rəhbər və idmançı heyəti ilk olaraq 1-ci Fəxri xiyabanı Ulu Öndər Heydər Əliyevin, daha sonra akademik Zərifə Əliyevanın məzarını, həmçinin Vətən müharibəsinin şəhidlərini ziyarət ediblər.

Tədbirdə Gənclər və İdman nazirinin sabiq müavini İsmayıl İsmayılov, xeyriyyəçi Hacı Nuran, şəhid Muxtar Qasımlının atası Əli Qasımlı iştirak edib.

2021-ci il Moskva şəhərində keçirilən dünya çempionatında yer tutmuş idmançılar, Vətən müharibəsinin qaziləri, media nümayəndələri həmçinin tərəfdaşlıq edən sponsorlar Federasiya tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Şəhid atası Əli Qasımlı tərəfindən Federasiyanın təşəkkürnaməsi Vətən müharibəsinin qazilərinə təqdim edilib. Sonda xatirə fotoşəkilləri çəkilib.