BAKU Azərbaycan
25.03 °C

Teymur Rəcəbov “Champions Chess Tour”da 2-ci yerə sahib olub

Dünyanın ən güclü zəka sahiblərinin iştirak etdiyi “Meltwater Champions Chess Tour”un final mərhələsinə yekun vurulub.

Turnirdə iştirak edən qrosmeysterlərimizdən Teymur Rəcəbov son turda fransalı şahmatçı Maksim Vaşe-Laqravla qarşılaşıb və rəqibini 2,5-0,5 hesabla məğlub edib. Əldə etdiyi qələbə sayəsində ümumi xallarının sayını 27-ə çatdıran Rəcəbov “Champions Chess Tour”un final mərhələsini Maqnus Karlsenin ardından ikinci pillədə tamamlamağa nail olub.

Digər qrosmeysterimiz Şəhriyar Məmmədyarov isə turnirdə axırıncı görüşündə ermənistanlı Levon Aronyanla üz-üzə gəlib və qarşılaşmadan 0,5-2,5 hesabı ilə məğlub ayrılıb. Keçirdiyi 9 görüşdən aktivinə yalnız 9 xal yazdırmağa müvəffəq olan Məmmədyarov yekun turniri sonuncu pillədə tamamlayıb.

Qeyd edək ki, “Meltwater Champions Chess Tour”un final mərhələsini Maqnus Karlsen ilk pillədə bitirib. Norveçli son dünya çempionu seriyanın digər turnirlərində əldə etdiyi xallar nəticəsində ümumi xalllarının sayını 31,5-ə çatdıraraq zirvədə qərarlaşıb.

May