İtaliya voleybol yığması kişilərdə də Avropa çempionu oldu

Voleybol üzrə dörd ölkənin təşkilatçılığı ilə keçirilən kişilər arasında Avropa çempionatına yekun vurulub.

Çempionatın final qarşılaşması İtaliya yığması ilə Sloveniya millisi arasında keçirilib.

Gərgin keçən və 5 set davam edən matçı İtaliya seçməsi qələbə ilə başa vurub, 3-2 (22:25; 25:20; 20:25; 25:20; 15:12).

Bu İtaliya yığmasının qitə birinciliyində əldə etdiyi ümumilikdə 7-ci, 16 il aradan sonra isə əldə etdiyi ilk çempionluğu olub. “Buzovlar ölkəsi” sonuncu dəfə Avropanın ən güclüsü ünvanına 2005-ci ildə sahib olmuşdu.

Qitə çempionatında üçüncü pilləyə Polşa millisi sahib olub. Polşalılar doğma divarlar arasında bürünc medal uğrunda görüşdə son Avropa çempionu Serbiya yığmasına 3-0 (25-22, 25-16, 25-22) hesabı ilə qalib gəlməyi bacarıblar.

Xatırladaq ki, daha öncə İtaliyanın qadınlardan ibarət voleybol yığması da Avropa çempionatının qalibi olmuşdu.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR