22 il sonra “US Open”də yenidən “gənclər finalı” olacaq

Böyük Dəbilqə seriyalı “US Open” tennis turnirində qadınların mübarizəsində yarımfinal qarşılaşmaları keçirilib.

GAZETTE xəbər verir ki, korta ilk öncə qadın tennisçilərin retyinq sıralanmasında 2-ci pillədə qərarlaşan Arina Sabalenka (Belarus) ilə turnir boyu güclü rəqiblərini sıradan çıxardan 18 yaşı yenicə tamam olmuş kanadalı Leyla Fernandez çıxıblar. Gərgin keçən və 3 set davam edən qarşılaşma Fernandezin qələbəsi ilə yekunlaşıb. 2 saat 24 dəqiqə oynanılan matçda Leyla Fernandez Sabalenkanı 2-1 (7-6; 4-6; 6-4) hesabı ilə məğlub edərək karyerası ərzində ilk dəfə olaraq “US Open” tennis turnirində, ümumiyyətlə “Grand Slam” turnirlərində finala vəsiqə əldə etmiş olub.

Yamrınfinalın digər görüşündə daha bir gənc raketka ustası Emma Radukanu (B.Britaniya) ilə WTA reytinq siyahısında 18-ci pillədə qərarlaşan yunanıstanlı Mariya Sakkari üz-üzə gəliblər. “US Open”ə təsnifat mərhələsindən başlayan və rəqiblərinə bir set belə məğlub olmadan yarımfinala kimi irəliləməyi bacaran 18 yaşlı Radukanu bu qarşılaşmadan da 2-0 hesablı qələbə ilə ayrılıb. 1 saat 25 dəqiqə davam edən matçda E.Radukanu rəqibinə yalnız 5 qeymdə məğlub olub, 6-1; 6-4.

İlin son “Böyük Dəbilqə” turnirində gənclərin möhtəşəm oyun sərgiləyərək finala kimi yüksəlmələri 22 il öncə “US Open”də “gənclər finalı”nı yenidən yada salıb. 1999-cu ildə ABŞ-da yerli tennisçi Serena Vilyamsla isevçrəli raketka ustası Martina Hingis arasında baş tutan final qarşılaşmasında Serenanın 18, Martinanın isə 19 yaşı olub. Birlikdə 28 “Böyük Dəbilqə” turnirində çempion olan bu iki tennisçidən S.Vilyams 23, M.Hingis isə 5 dəfə qalib adına yiyələnib.

Qeyd edək ki, Leyla Fernandez – Emma Radukanu arasında oynanılacaq final matçı 12 sentyabr saat 00:00-da başlayacaq.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR