BAKU Azərbaycan
26.03 °C

Şahmatçılarımız ötən turu heç-heçə başa vurublar – Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən fərdi açıq Avropa çempionatında 10-cu turun partiyaları oynanılacaq.

GAZETTE xəbər verir ki, turnir cədvəlinin liderlərindən olan Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rumıniyalı Boqdan-Daniel Deak ilə üz-üzə gələcək.

Digər şahmatçılarımızdan Nicat Məmmədov türkiyəli Mustafa Yılmaz, Nicat Abbasov yerli idmançı Qudmundur Kyartansson, Aydın Süleymanlı İngiltərə təmsilçisi Lorin Dkosta, Read Səmədov isə Lubomir Ftacnik ilə qarşılaşacaqlar.

Qeyd edək ki, 9-cu tur çərçivəsində keçirilən oyunlarda bütün şahmatçılarımız görüşlərini heç-heçə başa vurmuşdular.

Belə ki, Rauf Məmmədov Vincent Keymer (Almaniya), Nicat Məmmədov rusiyalı Aleksey Sarana, Nicat Abbasov fransalı Marc Andria Maurizzi, Aydın Süleymanlı niderlandlı Liam Vrolijk, Read Səmədov islandiyalı Stefansson Hannes qarşılaşmaları heç-heçə ilə nəticələnmişdi.

Hazırda aktivində 7 xal olan Rauf Məmmədov qitə birinciliyində 2-3-cü yerləri bölüşür. Digər şahmatçılarımız N.Məmmədov 6,5, N.Abasov, A.Süleymanlı və R.Səmədov 5 xal toplayıblar.