Şəhriyar Məmmədyarov “Aimchess US Rapid”lə vidalaşdı

“Champions Chess Tour” onlayn şahmat turnirinin finaldan öncəki son mərhələsi olan “Aimchess US Rapid”də pley-off oyunlarının cavab görüşləri keçirilib.

GAZETTE xəbər verir ki, turnirdə iştirak edən qrosmeysterimiz Şəhriyar Məmmədyarov Levon Aronyanla ikinci oyun günündə keçirdiyi 3 görüşdə 1 dəfə məğlub olub, 2 dəfə heç-heçə etməklə ümumi hesabda rəqibinə 2-1 uduzaraq turnirlə vidalaşıb.

Qeyd edim ki, şahmatçılar arasında ilk oyun günündə keçirilən görüşlərdə Şəhriyar Aronyana 1-3 (1 qələbə, 3 məğlubiyyət) hesabı ilə məğlub olmuşdu.

“Aimchess US Rapid”in 1/4 final mərhələsinin digər oyunlarında Maqnus Karlsen (Noveç) Yan-Kriştof Dudaya (Polşa) 2-1 (ilk oyun, 2-1), Rusiya təmsilçisi Vladislav Artemiev isə  ABŞ şahmatçısı Leyner Dominqesə 3-1 (2-2) hesabı ilə qalib gələrək yarımfinala vəsiqə əldə ediblər. İlk oyun günündə Vesli Sodan (ABŞ) güclü olan (2-1) Fransanı təmsil edən Alireza Firuzca ikinci gün rəqibinə məğlub olsa (1-2) da tay-breyklərdə yenidən Sonu məğlub edərək növbəti mərhələyə yüksəlib.

Turnirin yarımfinalında Maqnus Karlsen Levon Aronyanla, Vladislav Artemiev isə Alireza Firuzca ilə üz-üzə gələcək. 

Image

SON XƏBƏRLƏR

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

BÜTÜN XƏBƏRLƏR