BAKU Azərbaycan
26.03 °C

Bu gün növbəti 1/4 finalçılar bəlli olacaq – Avropa çempionatı

Dörd ölkənin təşkilatçılığı ilə keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

GAZETTE xəbər verir ki, günün ilk görüşündə qrup mərhələsini naməğlub tamamlayaq pley-offa yüksələn Türkiyə millisi B qrupunda 4-cü pilləni tutan Çexiya yığması ilə qarşılaşacaq.

1/8 final mərhələsinin digər qarşılaşması C qrupunun 2-si Xorvatiya ilə Azərbaycan millisin də yer aldığı A qrupunda 3-cü yeri tutan Fransa arasında keçiriləcək.

Pley-off mərhələsinə B qrupunda Bolqarıstanın ardından ikinci pilləni tutaraq yüksələn Polşa növbəti mərhələyə yüksəlmək üçün D qrupunun 3-sü Ukrayna yığmasını mübarizədən kənarlaşdırmalıdır.

Günün son matçında turnirin meydan sahiblərindən olan və A qrupunu məğlubiyyətsiz başa vuran Serbiya yığması ilə C qrupunda 4-cü pilləni tutaraq 1/8-ə yüksəlmiş Macarıstan millisi üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin daha iki, İtaliya-Belçika, Rusiya-Belarus, qarşılaşması avqustun 30-da keçiriləcək.

Xatırladaq ki, pley-off mərhələsinin ötən gün keçirilən qarşılaşmalarında İsveç yığması Bolqarıstanı 3:2, Niderland millisi isə Almaniyanı 3:1 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə yüksəlmişdilər.