İlqar Rəhimov: Paralimpiyaçılarmız “Tokio-2020”-yə rekord sayda iştirakçı ilə qatılacaq

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunları ilə bağlı Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mətbuat konfransı keçirilib.

Gazette.az xəbər verir ki, İlqar Rəhimov “Tokio-2020”-də 36 idmançının 47 növdə iştirak edəcəyini vurğulayaraq komanda üzvlərinin fiziki və psixoloji cəhətdən tam hazır olduqlarını bildirib.

“Bu il təşkil olunacaq olimpiada Azərbaycan Paralimpiya hərəkatı üçün sayca 7-ci olacaq. Daha əvvəl keçirilmiş 6 Paralimpiya Oyunlarında 83 idmançımız 38 medal qazanıb (9 qızıl, 18 gümüş, 11 bürünc), 7 paralimpiya çempionuzmuz var, onlardan 2-si ikiqat paralimpiya çempionudur. Ən uğurlu iştirakımız isə “London”2012” Yay Paralimpiya Oyunları olub, orada biz 21 idmançı ilə 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmışdıq. Çalışmalıyıq ki, Tokioda ən azından bu nəticəni təkrarlıyaq.

Bu il Azərbaycan Paralimpiya Oyunlarına ölkəmizin 10-a yaxın şəhər və rayonundan 24 kişi və 12 qadın olmaqla ümumilikdə 36 idmançı (7 nəfər əlil arabası istifadəçisi) ilə qatılacaq və bu Azərbaycan Paralimpiya tarixində rekord göstəricidir.

Eyni zamanda onu da vurğulamaq istəyirəm ki, Uşaq Paralimpiya hərəkatının üzvləri də Tokioda ölkəmizi təmsil edəcəklər. Yetirmələrimiz Dana Şandıbina və Vəli İsrafilov üzgüçülük idman növündə millimizin şərəfini qoruyacaqlar. Ən gənc idmançımızın 17 (Dana Şandıbina), ən yaşlısının isə 59 yaşı var (Yelena Taranova – 6-cı Paralimpiya Oyunlarında iştirak edəcək).”

Daha sonra Komitə prezidenti artıq 10 avqust tarixindən etibarən milli komandanın üzvləri və nümayəndə heyəti ilə birlikdə Tokioya yola düşməyə başlayacaqlarını qeyd edib.

“Gələn həftədən etibarən idmançı və nümayəndə heyətimiz öz səfərinə başlayır. İlk olaraq üzgüçülük idman növü üzrə milli komandamız ayın 10-da Yaponiyanın Şika şəhərində keçiriləcək təlim-məşq toplantısına, ordan isə paytaxt Tokioya yollanacaqlar. Ən böyük heyətimiz isə avqustun 19-u yola düşəcək.” 

Yekunda Azərbaycan Milli Paralimpiya komandasının vahid idman formasının təqdimatı keçirilib.

İlk növbədə formalar “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançı və nümayəndə heyəti, daha sonra isə digər idman növləri üzrə milli komandalara veriləcək.

Qeyd edək ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR