
Reklam
19 Dekabr 2025, 12:26
228
Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
Dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Gazette.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





