Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər- Foto

 

Səbail rayonu Bayıl qəsəbəsində yeni xəttə buraxılan avtobuslara hücum edilib.

“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbədaxili fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazı İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub.

Onun yeni xəttə buraxılan “Qazel” markalı avtobusların təkərlərini deşərək qarşı tərəfə maddi ziyan vurduğu bildirilir. Məlumata görə, sahibkar köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.

Lakin bir qədər sonra N.İsmayılov polis tərəfindən saxlanılıb, təkərləri deşilmiş avtobuslar təmir edilərək xəttə buraxılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.

Qeyd edək ki, AYNA tərəfindən sentyabrın 5-də keçirilən müsabiqədə 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.  

 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR