
Reklam
24 İyun 2022, 22:42
771
Sumqayıtda gənc dənizdə batıb
Sumqayıtda gənc dənizdə batıb.
Gazette.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlunun batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





