BAKU Azərbaycan
15.03 °C

Erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb

Şuşa yaxınlığında, Xankəndi-Laçın yolunda Azərbaycan Ordusunun və Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə partlayıcı atılıb.

Şuşanın girişində avtomobillə hərəkət edən erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb.

O, artıq saxlanılıb.

İnsidentə görə yol bağlansa da, bir müddət sonra açılıb.