Əfqanıstanda məsciddə baş verən partlayışda 3 nəfər ölüb, 18 nəfər yaralanıb
12.11.2021 / 23:26
Əfqanıstanın Nanqarhar əyalətinin Şpinqar rayonunda məsciddə yerli vaxtla 13:30-da kamikadze özünü partladıb.
Partlayış nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
İlkin məlumatlara görə, ölənlər arasında iki uşaq, həmçinin, məscidin imamı da var.
Ölən və yaralananların sayının artacağı istisna edilməyib.
Təhlükəsizlik qüvvələri 3 nəfəri şübhəli şəxs qismində saxlayıb.
Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid tvitter hesabında bildirib ki, cinayətkarlar İslam qanunlarına uyğun cəzalandırılacaqlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay