
Reklam
18 Fevral 2026, 19:19
226
Temperatur enəcək, qar yağacaq - Xəbərdarlıq
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





