Azərbaycanda gecələr bu tarixədək UZANACAQ

Hazırda Azərbaycanda gecələr getdikcə uzanır, gündüzlər isə qısalır. Bu proses qış fəsli daxil olanadək davam edəcək.

Günəş hər gün səhərlər bir az daha gec oyanır, axşamlar isə tələskən addımlarla yerini qaranlığa təhvil verir. Sanki təbiət də insanlar kimi yorulub, yavaş-yavaş yuxuya getməyə hazırlaşır. Bu günlərdə hər birimiz gecələrin uzandığını, gündüzlərin qısaldığını hiss edir, görürük. Bu, əsrlərdir davam edən, heç vaxt dəyişməyən, amma hər dəfə insanın ovqatına təsir edən bir təbiət möcüzəsidir.

Hazırda davam edən payız fəsli Azərbaycana 22 sentyabrda daxil olub. Payızın çıxmasına isə 22-23 gün qalır.

Ölkə.az xəbər verir ki, bu il Azərbaycana qış fəsli dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu barədə Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumatda bildirilib.

Dekabrın 21-də qış başlayan zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Bu dəyişikliklərin hər biri həyatın ritmidir. Təbiət bizə hər il eyni dərsi verir...

SON XƏBƏRLƏR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

BÜTÜN XƏBƏRLƏR