Oktyabrın 4-də hava əsasən yağıntılı olacaq

Azərbaycanda oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16°, gündüz 19-22° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacağı ehtimal olunur. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 16-19° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.

SON XƏBƏRLƏR

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

BÜTÜN XƏBƏRLƏR