BAKU Azərbaycan
15.03 °C

Həftənin ilk gününə olan hava proqnozu

Azərbaycanda avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb.

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən GAZETTE-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 33-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 % təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 25-26°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 26-27° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-39° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı ehtimal edilir.